İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi may ayı üzrə “İxrac icmalı”nın ilkin göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard dollar olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu il qeyri-neft sektoru üzrə ixrac 21,2% artıb.
2023-cü ilin yanvar-aprel ayları ərzində yeyinti məhsulları üzrə ixrac 236,2 milyon ABŞ dolları bərabər olub.
2023-cü ilin yanvar-aprel ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6 dəfə, şəkər ixracı 27,6% artıb.
2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1% artaraq 248,2 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.