İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2018-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin həcmini açıqlayıb.
FED.az İİTKM-ə istinadən xəbər verir ki, ötən il portala daxil olan ixrac sifarişlərinin dəyəri 514 mln dollar olub.
Xatırladaq ki, 2017-ci il üzrə daxil olan sifarişlərin dəyəri 475 mln dollar olmuşdur. Başqa sözlə 1 ildə ixrac sifarişlərinin dəyəri 39 mln dollar artıb. Bu sifarişlər dünyanın 111 ölkəsindən daxil olub.
Eləcə də bax: Xaricdən ən çox sifariş verilən - 10 Azərbaycan məhsulu
Ötən il ən çox ixrac sifarişi yanvar ayında olub. Bu ay ixrac olunan məhsulların dəyəri 81,5 mln dollar təşkil edib. Növbəti yerlərdə mart (66,5 mln dollar) və avqust ayları (51,5 ml dollar) durur.
Ən az ixrac sifarişi isə oktyabr və may aylarında qeydə alınıb. Müvafiq olaraq 23 mln və 27,7 mln dollar.