İqtisadiyyat

Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar - AÇIQLANDI

Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar - AÇIQLANDI | FED.az
09:12 2 Mart 2021

2021-ci ilin yanvar ayında Azexport.az portalına 53,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Eləcə də bax: Əsas ixracatçı şirkətlər - SİYAHI

FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda qeyd olunur ki, 2021-ci ilin yanvar ayında Azexport.az portalına ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 yanvar tarixinə kimi (49 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 250 milyon ABŞ dolları təşkil edib. (Trend)

Banner
Banner

Digər xəbərlər