Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 42,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Eləcə də bax: Qazaxıstandan Azərbaycana yanvar-mayda - 14 Mln. Dollar Köçürülüb
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.
Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə həcmdə 2,5 dəfə artım qeydə alınıb.
Yanvar-iyunda Gürcüstandan Azərbaycana isə 8,8 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 22,2 % çoxdur.
Təkcə iyun ayında Azərbaycandan Gürcüstana 7,1 milyon ABŞ dolları, qonşu ölkədən Azərbaycana isə 1,9 milyon ABŞ dolları daxil olub.
Ötən ay xarici ölkələrdən Gürcüstana göndərilən pul köçürmələrinin ümumi həcmi 201,9 milyon ABŞ dolları (+19,3 %), qonşu ölkədən xaricə köçürülən pulların həcmi isə 26,5 milyon ABŞ dolları (+20,8 %) təşkil edib. (Report)