2022-ci illə müqayisədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin ixrac potensialı 9.8 faiz artıb, 110-dan artıq ölkəyə qeyri-neft məhsulları ixrac olunub.
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
2023-cü ildə Türkiyəyə 784, Gürcüstana 332 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.
İçraşı direktor bildirib ki, ən çox məhsulun ixrac olunduğu ölkələr Rusiya, Türkiyə və Gürcüstan olub. Ötən il Rusiyaya 1,114 mln ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.
"Rusiya, BƏƏ, Yaponiya bazarı yeni bazar olacaq, Almaniyada olan sərgilərdə yenilik olaraq. Cənubi Koreyanın Seul şəhərində iştirak edəcəyik, Koreya İdxal Assosiasiyası özündə 8 mindən çox şirkət birləşdirir. Assosiasiya üzvü (koyma assosiasiyasl) cari ilin mart ayında Azərbaycana gələcək.
İraqda fəaliyyət göstərən sərgidə ilk dəfə geniş iştirak etmişik. 2024-cü ildən İraq bazarında genişlənmə nəzərdə tutulur" - deyə Yusif Abdullayev əlavə edib.