Azərbaycanda fəaliyət türk iş adamlarını birləşdirən Türkiyə və Azərbaycan İşadamları və Sənayeçiləri Birliyinin (TÜİB) rəhbərliyində dəyişiklik olub.
FED.az xəbər verir ki, qurumun bu gün keçirilən ümumi yığıncağında TÜİB-in rəhbər orqanlarına seçki keçirilib. TÜİB üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən «Böyükfirat Qrup»un rəhbəri Hüseyn Böyükfirat qurumun idarə heyətinin sədri seçilib.
Xatırladaq ki, indiyədək qurumu idarə heyətinin sədri iş adamı Əli İhsan Gənc idi. Tədbirdə çıxış edən Ali İhsan Genç TUİB-ə rəhbərlik etdiyi dövrdə görülən işlər barədə hesabat verərək, quruma və yeni rəhbərliyə uğurlar arzulayıb. Hüseyn Böyükfirat isə öz çıxışında TUİB-n fəaliyyətinin daha da inkişaf etdiriləcəyini, qurumun fəaliyyətinə yeni güc və enerji qatılacağını bildirib.
Azərbaycandakı türk biznes təşkilatının rəhbərliyi dəyişib
14:17
30 Sen 2017