Ötən il ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2 910 vahid istixana fəaliyyət göstərib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin istixanalarda 205,9 min ton pomidor, 14,2 min ton xiyar, 761,3 ton göbələk, 425,6 ton kartof, 237,3 ton bibər, 170,0 ton badımcan, 36,6 ton soğan, 2,5 ton lobya, 2,5 ton sarımsaq, 40,9 ton çiyələk və digər bitkiçilik məhsulları istehsal olunub.
Eləcə də bax: Azərbaycanda geyim istehsalı ötən ayda 32% azalıb
Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Sabirabad və Masallı rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 15,6 min ton tərəvəz toplanıb.
Eləcə də bax: Vergi güzəşti alacaq şirkətlər məlum oldu - NAZİRLƏR KABİNETİNDƏN QƏRAR