Azərbaycanda zərgərlik məmulatları, qiymətli metalla rvə daşlar bazarına nəzarət etmək üçün yeni qurumun yaradılması təklif edilib.
FED.az xəbər verir ki, bu barədə fevralın 18-də “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda keçirilən sahibkarlarla görüşdə Kçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda zərgərlik məmulatı bazarında bazar iştirakçıları və istehlakçılar arasında etimad şəraiti yoxdur. Eləcə də qiymətli metalların və daşların keyfiyyəti və əyar göstəricilərinin müəyyən edilməsinə nəzarət olmayıb.
«Bununla bağlı bütün dünyada qəbkl idilmiş təcrübəyə uyun olaraq qiymətdəndirmə təsisatlarının yaradılmaı və bazara nəzarət üçün müvafiq urumun yaradılmasına ehtiyac var belə qurumun yaradılması həm də bazarda rəqabət mühətinin yaradılmasına və istehlakçıların hüquqlarının daha yaxşı qorunmasına şərait yaradacaq»-dey KOBİA rəhbəri bildirib.
Xatırdadaq ki, son illərə qədər ölkə ərazisində qiymətli məmulatların keyfiyyətinə Maliyyə Nazirliyinin yanındakı Əyar palatası nəzarət edib, amma sonradan sahibkarlıq sahəsində yoxlamaların qadağan edilməsi ilə bu nəzarət tədbirləri dayandırılıb.