Azərbaycanda yumurta istehsalı artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yumurta istehsalı 8,8 faiz artaraq 1669,9 milyon ədəd olub.
Eləcə də bax:Bu il buğda idxalı - 2 DƏFƏYƏ YAXIN ARTIB - QİYMƏT
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 2,8 faiz artaraq 476,6 min ton, süd istehsalı 2,1 faiz artaraq 1938,7 min ton, yun istehsalı 1,5 faiz artaraq 15,9 min ton olub.
Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal olunub.