Azərbaycanda yeyinti məhsullarının idxalına 1 milyard dollar pul xərcləndi. Daha dəqiq desək, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 949 milyon 158.78 min dollarlıq yeyinti məhsulları idxal olunub.
Fed.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, dollarlıq yeyinti məhsullarının idxalı 2015-ci ilin 9 ayı ilə müqayisədə 31.86% artıb.
Təkcə sentyabr ayında təxminən 128,5 milyon dollarlıq yeyinti məhsulları idxal olunub. Avqustun sonuna qədər idxalın statistik dəyəri 820 milyon 647.83 min dollar idi.
Cari ilin yanvar-sentyabr ayları ərzində ölkəmizə 24 milyon 300.21 min dollarlıq ət, 5 milyon 750.53 min dollarlıq süd, 38 milyon 437.38 min dollarlıq kərə yağı, 91 milyon 267.24 min dollarlıq meyvə-tərəvəz, 30 milyon 211.1 min dollarlıq çay, 208 milyon 407.42 min dollarlıq buğda, 99 milyon 335.97 min dollarlıq bitki yağları, 131 milyon 476.79 min dollarlıq şəkər idxal olunub.