Yeni nəsil nəzarət-kassa aparatları sınaq rejimində bir sıra yanacaqdoldurma məntəqələrində və ticarət obyektlərində quraşdırılıb.
FED.az xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov bildirib ki, həm sahibkarların, həm də vətəndaşların bu qurğulara marağını nəzərə alaraq onların tətbiqi sürətləndiriləcək:
Eləcə də bax: Nazir: “İdxalçılar və istehsalçılar nəzarətdədir”
"Sahibkarların bu kassa aparatlarını necə əldə edə biləcəyini demək hələ çətindir. Bununla bağlı müxtəlif yanaşmalar var və hələ qərar qəbul olunmayıb.
Qeyd edək ki, ötən həftə Nazirlər Kabineti "Azərbaycan vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ni təsdiq edib.