Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərinin reytinqi tərtib edilib.
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən isdinadən xəbər verir ki, 2020-ci ilin 8 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunub:
1. "SOCAR Polymer" MMC,
2. "Azerbaijan International Mining Company",
3. "Land Lojistic" MMC,
4. "MKT İstehsalat Kommersiya" MMC,
5. "Fruit Store" MMC,
6. "Global Trade Group" MMC,
7. "Sun Food" MMC,
8. "Baku Steel Company",
9. "Azagroeksport 2017" MMC,
10. "Fruit City Group" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və "Suraxanı Maşınqayırma Zavodu" ASC yer alıb.