İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iki müəssisə barədə antiinhisar qanunvericiliyinin pozulması üzrə iş qaldırıb.
Dövlət Xidməti "Azərsun Holdinq"in 2 şirkəti barəsində - İŞ QALDIRDI
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan “Bakı Qida və Yağ Fabriki” və “Sun Food” MMC-lərə müraciət edilib. Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.