2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsi ilə aparılan əməliyyatların həcmi 1,3 milyard manata çatıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilib. Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
2022-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 213,6 milyon manat təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çoxdur.