Bu ilin yanvar-iyun aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 074 milyard manatlıq əməliyyat aparıb.
Eləcə də bax: Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yeri tutub - İXRAC İCMALI
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 dəfə çoxdur.
Təkcə iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 203,6 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 4, 2 dəfə çoxdur. (Report)