Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatı dəstəyi ilə B2BASK.AZ və B2BAGRO.AZ Vahid Elektron Ticarət və Elektron Anbar Platforması yaradılıb.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Beynəlxalq Bankının Sahibkarlar Klubunun nümayəndələri arasında keçirilmiş görüşdə platforma müzakirə edilib.
Hər iki tərəf öz üzvlərinin istehsal və idxal etdikləri məhsulları burada yerləşdirilməsi üçün səy göstərəcəklərini bildiriblər.