2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3% artaraq 17185,1 milyon manata çatıb.
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib.
İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6%, digər xidmət sahələrində 1,3% artmış, tikintidə isə 11,2% azalıb.
2017-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,9%, neft sektorunda isə 1,5% artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 1755,7 manata bərabər olub.