Azərbaycanda türk iş adamlarının yeni dərnəyi işə başlayıb- MUSİAD BAKU
11:14
25 Noy 2017
Azərbaycanda türk iş adamlarının yeni təşkilatı fəaliyyətə başlayıb. FED.az xəbər verir ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MUSİAD Baku) təşkilatı Türkiyənin eyni alı təşkilatının Azərbaycan bölməsi kimi fəaliyyət göstərir. Təşkilat rəsmi olaraq fəaliyyətinə bu ildən başlayıb. «MUSİAD Baku»nun rəhbəri Abdurrəhman Uzun bildirib ki, hazırda təşkilatın 35 üzvü var. Linin sonunadək onların sayının 100-ə çatdırılması nəzərdə tutulur. Qarşıdakı illərdə isə MUSİAD 500-dən artıq türk iş adamını ətrafında birləşdirmək istəyir.