Azərbaycanda mobil aplikasiya vasitəsi ilə lotoreya oynamaq olacaq.
FED.az xəbər verir ki, "Azərlotereya” ASC-nin yeni innovativ layihəsi olan Mobil tətbiq (Mobil application) artıq lotereya həvəskarlarının istifadəsinə verilib.
Eləcə də bax:Azərbaycanda yeni lotereya başlayır - ŞƏRTLƏR
“Mobil tətbiq” proqram təminatını “Android” və “İOS" əməliyyat sistemləri ilə təchiz olunmuş smartfonlar vasitəsilə “AppStore” və ya "Playmarket"dən yükləmək mümkündür. “Mobil tətbiq” vasitəsilə biletləri yoxlamaq, tiraıların nəticələri ilə tanış olmaq və lotereya biletlərini əldə etmək mümkündür.
Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində "Azərlotereya” ASC-nin təşkil etdiyi lotereya oyunlarında 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilərlər.