Azərbaycanda Tekstil məhsullarının istehsalçıları və ixracatçıları Assosiasiyası yaradılır.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu ölkədə tekstil sənayesinin inkişafı və perspektivlərinə həsr olunan tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O qeyd edib ki, bu təşəbbüslə həmin sahədə fəaliyyət göstərən sahibkarlar çıxış edib:
"Assosiasiyanın yaradılması bu sektorun inkişafına yönəlmiş zəruri qərarların qəbul edilməsini sürətləndirməyə xidmət edəcək. Ümumilikdə isə assosiasiya dövlətlə özəl sektor arasında münasibətlərin təkmilləşdirilməsinə imkan verəcək".
Nazir müavini bildirib ki, ölkədə artıq 8 sahəvi assosiasiya yaradılıb: "Hazırda isə biz 9-cunun yaradılmasında iştirak edirik".