Azərbaycanın aparıcı lizinq şirkəti “Ekolizinq” MMC məhkəməyə verilib. FED.az xəbər verir ki, iddiaya səbəb sair öhdəlikləri üzrə mübahisələrdir.
Eləcə də bax: Maliyyə sektorunda "səssiz inqilab" - PALATA NƏLƏRİ DƏYİŞDİ?
İddiaçı fiziki şəxs Maqsub Məsim oğlu Məmmədovdur. İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Məhkəmənin baxış iclası iyulun 16-sı, saat 11:45-ə təyin edilib. Hakim Vüqar Həsənovdur.
“Ekolizinq” 2014-cü ildə 10 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayır. Şirkət “Bakı Sığorta” ASC-nin səhmdarlarından biridir.