Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsində əksini tapıb.
Sənəddə Agentliyin fəaliyyət istiqamətləri sırasına ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək daxil edilib.