Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb.
Eləcə də bax: Təcili: Avtomobilər, siqaret və lüks mallar üçün - GÖMRÜK RÜSUMLARI ARTIRILACAQ
FED.az xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.
Yeni qiymətlərə əsasən «Winston» siqaretlərinin qiyməti 3,1 manatdan 3,2 manata, «Kent»in qiyməti 3,3 manatdan 3,4 manata, «Sorbranie» isə 3,6 manatdan 3,7 manata yüksəlib. «Rothmans» siqaretləri 2,2 manatldan 2,3 manata yüksəlib. «Winchester»in qiyməti 2,2 manatdan 2,3 manata qalxıb.
qeyd edək ki, bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı. Adətən belə hallar siqaretin bahalaşması ilə nəticələnir.