İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi" MMC “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri”nin yaradılmasına başlayıb.
Nəzarət subyektlərinin və ödəniş agentlərinin - REYESTRİ YARADILACAQ
FED.az xəbər verir ki, reyestr yaradıldıqdan sonra Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya ediləcək.
Reyestrin yaradılması Milli Məclisin ötən il dekabrın 2-də qəbul etdiyi və Prezident İlham Əliyevin bu il yanvarın 26-da təsdiq etdiyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunda öz əksini tapıb. (Report)