2016-cı ildə Azərbaycanda sahibkarlıq fəaliyyəti üzrə cəmi 60 yoxlama aparılıb.
Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "İxracatçılar Klubu" və Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) birgə görüşündə deyib.
Nazir müavini qeyd edib ki, 2015-ci ildə 60 min analoji yoxlama aparılıb.
S.Babayev bildirib ki, son iki il ərzində hökumət ölkədə biznes mühitinin yaxşılaşdırılması üzrə mütəmadi tədbirlər görüb.