Rusiyanın "Permskaya" qənnadı fabrikinin şirniyyat məhsulları tezliklə bahalaşacaq.
Eləcə də bax: Rusiya şokoladının - Ən Böyük Alıcılarından Biri Azərbaycandır
FED.az xəbər verir ki, bu barədə müəssisənin baş direktoru Boris Şvaytser bildirib.
Onun sözlərinə görə, ölkədə və dünyada baş verən ümumi iqtisadi vəziyyət səbəbindən qiymətlər ən azı 15% artacaq.
"Bu, ilk növbədə, valyuta məzənnəsinin artması ilə əlaqədardır. İstifadə etdiyimiz və xaricdə istehsal olunan xammalın dəyəri rubla deyil, avroya bağlanır. Həmçinin, son iki həftə ərzində 40% bahalaşan qəndə də xərclərimiz artıb. Bundan əlavə, banklar kreditlər üzrə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıblar", - Şvaytser qeyd edib.
Xatırladaq ki, "Permskaya" fabrikinin şirniyyatları bütün Rusiyaya, eləcə də Azərbaycan, Gürcüstan, Qırğızıstan, Litva, Estoniya, Almaniya və ABŞ-a tədarük olunur. Müəssisədə 120-dən çox adda məhsul istehsal edilir. (Apa)