2017-ci ilin yanvar-may aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,9% - 676,2 mln. manata qədər artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 81,3% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 486,8 mln. manatlıq xidmət (artım 5,1%) göstərilib.
2017-ci ilin yanvar-may aylarında rabitə xidmətlərinin ümumi həcminin 48,3%-i və ya 326,7 mln. manat (artım 1,1%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.