Azərbaycanda inflyasiyanın hesablanması üçün istifadə olunan "istehlak səbəti"nin tərkibinə yenidən baxılmalıdır.
Azərbaycanda illik inflyasiya 0%-ə endi - RƏSMİ
FED.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Dövlət Statistika Komitəsi bu ilin aprel ayında Azərbaycanda qiymət artımının qeydə alınmadığını - aylıq inflyasiyanın 0 % olduğunu açıqlayıb. Halbuki, kifayət qədər qiymət artımı var. Elə məhsullar var ki, insanlar onları bir neçə ildən bir alır. Təklif edirəm ki, səbətə daxil olan malların siyahısını yenidən nəzərdən keçirək", - deyə o qeyd edib. (Report)