2022-ci ilin sonu və 2023 cü ilin əvvəlində Azərbaycanda "Euro-5" yanacağının istehsalına başlanılacaq.
FED.az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
Z. Qəhrəmanov bildirib ki, "Euro- 5" standartına cavab verən yanacağın istehsalı ilə bağlı Bakı Neft Emalı Zavodunda hazırlıq işləri davam etdirilir.
Qeyd edək ki, zavodda hazırda “Aİ-92” benzini, eləcə də dizel və təyyarə yanacağı istehsal edilir. Gələcəkdə isə “Aİ-95” benzininin istehsalı nəzərdə tutulub. Çünki bu yanacaq məhsuluna tələbat artmaqdadır.