Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 758,2 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu, 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,7 dəfə çoxdur. Bu ilin mayın 1-nə 54 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-aprel aylarında ölkədə 249,0 kq gümüş istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu ilin mayın 1-nə 18,3 kq hazır məhsul ehtiyatı yaranıb.