"Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var".
Eləcə də bax: “Azərbaycan və Aİ arasında əməkdaşlıq strateji xarakter daşıyır”
FED.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 7-ci hesabat-seçki konfransında iştirak edən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"Qiymətləndirmə fəaliyyəti uzun müddət formal xarakter daşıyıb. İqtisayyyatın strukturu dəyişdikcə və iqtisadi islahatlar dərinləşdikcə qiymətləndirmə fəaliyyətinə də yeni baxışa ehtiyac var. Bu da qanunvericilik bazasının möhkəmləndirilməsini tələb edir. Bu istiqamətdə bizim ayrı-ayrı müzakirələrimiz olub. Əminəm ki, növbəti mərhələdə qiymətləndirimə fəaliyyəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi prioritet məsələlərdən biri olacaq".
Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda Milli Məclisin gündəliyinə daxil edilə bilər: "Qiymətləndirmə fəaliyyəti barədə mpvcud qanunun təkmilləşdirilməsi, yeni qanunvericilik bazasının formalaşdırılması əsas hədəflərdən biridir. Milli Məclis olaraq biz qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı öz təkliflərimizi təqdim edirik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə də bu istiqamətdə əməkdaşlığımız davam edir. Əminəm ki, bu ildən bu istiqamətdə real addımların atılması mümkün olacaq və biz daha təkmil qimətləndirmə fəaliyyəti ilə bağlı qanun çərçivəsində qiymətləndiricilərin fəaliyyətini müşahidə edəcəyik". (Report)