Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 455 milyon dollar təşkil edib. Ümumi ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artıb, qeyri-neft sektoru üzrə ixrac isə 43,2 faiz azalıb.
Azərbaycanın qeyri-neft ixracı niyə düşür? - EKSPERTDƏN AÇIQLAMA
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayına istinadla bildirir ki, cari ilin yanvar-fevral ayları ərzində yeyinti məhsulları üzrə ixrac 137,1 milyon dollarına bərabər olub.
Cari ilin ilk 2 ayı ərzində qara metalların ixracı 46,4 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 29,7 faiz, pambıq ixracı 29,3 faiz, meyvə-tərəvəz ixracı isə 24,6 faiz artıb.
Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 145,9 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 36,6 milyon dollar olub.