Azərbaycanda qarşıakı 4 ildə iqtisadi artım proqnozları açıqlanıb.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu dövrdə iqtisadi artım 3% ətrafında olacaq. Ən böyük artım 2021-ci ildə gözlənilir 3,7%. İnflyasiya isə 5% çatmayacaq və 4-4,6% ətrafında dəyişəcəkdir.
Eləcə də bax:Azərbaycan iqtisadiyyatına - İNVESTİSİYA QOYULUŞU AZALIB
Bu dövrdə Azərbaycan iqtisadiyyatında ən sürətli artım turizm və ictimai iaşə sektorunda gözlənilir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə bu sahədə illik artım 5,6-6% ətrafında olacaq.
Sənaye artımı 3-4% arasında dəyişəcək. Tikinti sektorunda isə qarşıdakı illərdə azalma gözlənilir. 2020-2021-ci illərdə 1,1-1,3% həcmində azalma olacaq.
Bu dövrdə kənd təsərrüfatında 4,1-4,8% artım olacaq. Artım sürəti bu ilkindən az olacaq.
İnformasiya və Nəqliyyat sektorunda 7-8% artım gözlənilsə də 2023-ci ildə bu göstərici 4,5% düşəcək.
Bütün bu proqnozlar neftin 55 dollar qiyməti ətrafında planlaşdırılıb. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, əgər xüsusi makro-iqtisadi dəyişikliklər baş verməzsə neftin qiyməti dəyişməzsə, dolların məzənnəsi 1,7 manat ətrafında dəyişəcəkdir.