İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın yanvar sayında, qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar-mart ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
İxracdan milyonlarla gəlir əldə edən - Azərbaycan şirkətləri - SİYAHI
FED.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Muradova Sahibə Səlimət qızı da yer alır.
Muradova Sahibə Səlimət qızı 8.3 milyon dollarlıq ixracı ilə 2024-cü ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 3-cü yeri tutub. Yanvar-fevral aylarında isə 6.7 milyon dollarlıq ixracı ilə 4-cü yerdə idi.
2023-cü ilin eyni dövründə isə ixracı olmamışdır.