Azərbaycan İqtisadiyyat Nazirliyi pomidor ixracı üçün subsidiyaların verilməsi imkanını nəzərdən keçirə bilər.
Bunu Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, hazırda ixracın artırılması üçün kompleks tədbirlər aparılır. O, həmçinin əlavə edib ki, ixracın artımı üçün keyfiyyətli məhsul yetişdirilməsi vacibdir.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan artıq Latviyaya pomidor tədarük etməyə başlayıb.
Nazir xatırladıb ki, bu gün Azərbaycan məhsullarının Yaxın Şərq ölkələrinə ixracının genişləndirilməsi üçün işlər aparılır.