Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 26,3 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% çox məhsul satılıb.
Dövlət Statistika Komitəsindən Fed.az-a verilən xəbərə görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsulları, içki və tütün məmulatları, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,6%-i elektrik malları və mebel, 5,7%-i avtomobil yanacağı, 1,5%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.