2020-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5190,1 min nəfər olmuş, onlardan 4938,5 min nəfərini məşğul əhali təşkil etmişdir.
FED.az Dövlət Statistika Komitəsinə 2019-cu il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1644,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,9 min nəfər, qeyri-dövlət sektorunda isə 729,4 min nəfər təşkil etmişdir.
Eləcə də bax:Azərbaycanda hansı sahədə maaşların - NƏ QƏDƏR ARTDIĞI – AÇIQLANDI - SİYAHI
İqtisadiyyatın neft-qaz sektorunda 35,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1609,2 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olmuşdur.
Eləcə də bax: Bank və sığorta sektorunda çalışanlanrın - SAYI AÇIQLANIB
Xidmət sahəsində işləyənlərin 20,4 faizi təhsil, 17,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar