"Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2024-cü ildə hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub.
Azərbaycanın qeyri-neft-qaz ixracı ötən il artıb
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, il ərzində ümumilikdə 3 982 sertifikat təqdim edilib və bu, 288,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarının həyata keçirilməsinə imkan yaradıb.
V. Qasımlı vurğulayıb ki, “Bir Pəncərə” mexanizmi ixracatçıların beynəlxalq bazarlara çıxışını asanlaşdıraraq vaxt və resurslara qənaət etmələrinə şərait yaradıb: "Mərkəz göstərilən xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, ixrac prosesində şəffaflıq və operativliyi də təmin edib. “Bir Pəncərə” İxracı Dəstək Mərkəzi 2024-cü ildə Azərbaycanın qeyri-neft ixracının inkişafında mühüm rol oynamağa davam edib".
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2017-ci ildə Azərbaycan Prezidentinin Fərmanı əsasında yaradılıb. Mərkəzdə 7 dövlət qurumu xidmət göstərir.
İxracatçı sahibkarlar tələb olunan bütün sertifikatları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən daha tez, səmərəli, əlavə resurs və vaxt sərf etmədən əldə edə bilir. Bu da öz növbəsində sahibkarın ixrac prosedurunu asanlaşdırır. Mərkəz yerli sahibkarlara konsultasiyaların verilməsi, biznes ideyasına malik şəxslərə biznes planın yazılması, ixrac subsidiyaları, gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması ilə bağlı dəstək göstərir. (Report)