"2020-ci ildə orta gömrük tarifi dərəcəsi 5,57% təşkil edib".
Eləcə də bax: Azərbaycanın ötənilki idxalının 64%-i - ƏDV-yə Cəlb Olunmayıb
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Sədr bildirib ki, orta tarif çəkisi 2018-ci ildə 4,5%, 2019-cu ildə 4,75%, 2020-ci ildə 5,57% təşkil edib:
"İdax əməliyyatlarının bütün həcmi 15% gömrük rüsumuna cəlb edilmir. İdxal əməliyyatlarının cəmi həcmini 15%-ə vuraraq büdcəyə daxil olmanı hesablamaq doğru deyil. Bir sıra malların idxalı, bir sıra şirkətlər (konsorsumlar üzrə) gömrük rüsümlarından azaddırlar. Həmçinin ticarət sazişləri var, sadəcə ticarət sazişlərindən 2,3 milyard dollarlıq mallar azaddır. Biri deyə bilər ki, "15% rüsum alsaydıq bu qədər rüsum edirdi". Bu barədə danışmaq üçün toplama və çıxmanı bilmək lazımdır". (Marja)