2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 854,5 manat olub.
FED.az xəbər verir ki, bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artıqdır.
Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral aylarında ölkədə orta əmək haqqı 768 manat olmuşdu.
Bununla yanaşı, fevral ayı ərzində əmək haqlarının azalması müşahidə edilir.
Belə ki, 2023-cü ilin yanvarın sonunda ölkədə orta aylıq əmək haqqı 856,2 manat idi, fevralın sonunda isə bu məbləğ 854,5 manat olub. Başqa sözlə, fevralda orta aylıq əmək haqqının nominal məbləğinin 1,7 manat azalması baş verib.