Dövləi Statistika Komitəsi (DSK) ölkədə orta aylıq əmək haqqı üzrə növbəti məlumaı açıqlayıb.
FED.az komitəyə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 827,4 manat olub.
Bu ötən ilin eyni dövrünə nisbətən 14,4 faiz artıq olsa da, bir ay əvvəlki göstərici ilə müqayisədə azdır – belə ki, yanvar-sentyabr aylarının yekununda ölkədə orta aylıq əmək haqqı 829 manat idi. Başqa sözlə, son bir ay ərzində əmək haqqında 1,6 manat və ya təqribən 2% azalma baş verib.
DSK bildirir ki, əmək haqqının ən yüksək olduğu sahələr mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələdir.