İllik istehsal gücü 25 min ton olan və 26 nəfərin işlə təmin olunacağı “KƏHF” MMC Neftçala Sənaye Parkının iştirakçısıdır.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, bu müəssisədə balıq yemi, gələcəkdə isə mal-qara üçün və digər növ yemlərin istehsalı nəzərdə tutulub. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu da sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır.
Azərbaycanda nəhəng yem zavodu tikilir
11:14
13 Mart 2018