2019-cu il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1% artıb.
Bu haqda məlumat Dövlət Statistika Komitəsi (DSK) tərəfindən açıqlanıb.
FED.az DSK-a istinadən xəbər verir ki, 2019-cu il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,0% artaraq 1523,8 min nəfər olmuş, onlardan 862,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 21,9%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,8 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Azərbaycanda muzdla işləyənlərin sayı 1% artıb
12:39
15 Mart 2019