Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə və onun regional bölmələrinə ümumilikdə 23 461 müraciət daxil olub.
Həyət evlərinə qaz xəttinin çəkilməsi ilə bağlı istehlakçılar necə müraciət etməlidir? - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 % çoxdur.
O cümlədən müraciətlərin sayı Bakı üzrə 14 % artaraq 9 057, Quba-Xaçmaz üzrə 5,7 % artaraq 6 345, Abşeron üzrə 13,1 % artaraq 2 424, Lənkəran üzrə 2,1 dəfə artaraq 1 897, Gəncə-Qazax 24,3 % artaraq 1 876, Aran üzrə 4,4 dəfə artaraq 1 220, Şəki-Zaqatalada üzrə isə 46,6 % artaraq 642 olub.