Azərbaycanda mal və qoyun ətləri bahalaşır.
Eləcə də bax: Ölkədə toyuq əti bahalaşmaqdadır – QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunun səbəbi rayonlarda heyvanların satış qiymətlərinin artırılmasıdır.
Bir sıra ət satışı məntəqələrində sümüklü mal ətinin 1 kiloqramının qiyməti 11 manatdan 12 manata, sümüklü qoyun ətinin qiyməti isə 14 manatdan 15 manata qaldırılıb. Sümüklü mal ətini 11 və 11,5 manata, qoyun ətini 13 manata satan ət mağazaları da var.
Mərkəzi Aran bölgəsində ət satışı ilə məşğul olan qəssablardan biri Marja-ya bildirdi ki, bugün mal ətinin kiloqramını 11 manata satırlar. Qoyun ətinin kiloqramı isə 1 manat artaraq 12 manatan 13 manata yüksəlib. Onun sözlərinə görə, qarşıdakı günlərdə ət qiymətlərinin daha da artacağı gözlənilir. Artıq, heyvan sahibləri qiymətləri artıracaqlarını bildiriblər.
Bir sıra xəbər saytlarının yaydığı məlumata görə, Bakıda ət kəsimi məntəqələri mal ətinin kiloqramının qiymətini 11 manatdan 13-14 manata qaldırıblar. Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır. (Marja)