İlin əvvəlindən bəri Azərbaycaqnda orta aylıq əmək haqqı 80 manatdan çox artıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitə bildirir ki, yanvar-may aylarının yekununda, yəni iyunun 1-ə olan vəziyyətə Azərbaycanda orta aylıq əmək haqqı 1095 manata yüksəlib.
Bu bir ay əvvəllə müqayisədə 5 manat aşağıdır – mayın 1-də olan vəziyyətə ölkə üzrə orta maaş 1100 manat idi.
İlin əvvəlinə nisbətən isə ölkədə orta maaşlar 86 manat artıb.
Belə ki, DSK-nin məlumatına görə, bu ilin əvvəlində, yanvarın 1-də ölkə üzrə orta aylıq əmək haqqı 1009 manat idi.
Son məlumatlara görə, ən yüksək əmək haqqı ənənəvi olaraq mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.