Azərbaycan Prezidenti İlham Əliyev parkın ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib. MMC Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərir.
Burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Data Mərkəz işə düşdükdən sonra Azərbaycanda “blockchain”in tətbiqi artacaq.
Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.
Qeyd edək ki, Bitcoin daxil virtual pullar “blockchain” texnalogiyası ilə işləyir.