Azərbaycanda əhalinin istehlak səbətində mühüm yer tutan bir sıra tərəvəz məhulları bahalaşıb.
Eləcə də bax: Azərbaycandan pomidor ixracı - KƏSKİN ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi bildirir.
Məlumata görə, kartofun qiyməti fevral ayında hər kiloqramı 1.02 manat təşkil edib. Bu da son ayda 4 qəpik, yaxud 4.50% bahalaşma deməkdir.
Lakin, mart ayı üçün də artımlar davam edir. Banker.az supermarketlərdəki qiyməti araşdırıb və hazırda acık sortu 1.2 manat/kq, Şəmkir kartovunun qiyməti 1.7 kq/manat təşkil edir.
Baş soğanın hər kiloqramı isə rəsmi olaraq 3 qəpik, yaxud 5.47% bahalaşaraq 66 qəpik təşkil edir. Marketlərdə isə mart ayı üçün hər kiloqramının qiyməti artıq 1 manat ətrafındadır.
Fevralda bəzi tərəvəzlər: məsələn, yerkökü (0.78%) və süfrə çuğunduru (0.64%) ucuzlaşıb.
Manatla |
|||||
Məhsulun adı | Ölçü vahidi | Yanvar | Fevral | Dəyişmə | |
Süfrə çuğunduru | orta | 1kq | 1.00 | 1.00 | -0.64% |
yerli | 1.03 | 1.02 | -0.65% | ||
idxal | 0.96 | 0.96 | -0.35% | ||
Yerkökü | orta | 1kq | 1.12 | 1.11 | -0.78% |
yerli | 1.03 | 1.03 | -0.58% | ||
idxal | 1.21 | 1.19 | -1.25% | ||
Sarımsaq | orta | 1kq | 4.61 | 4.79 | 3.86% |
yerli | 4.28 | 4.47 | 4.42% | ||
idxal | 4.97 | 5.12 | 3.02% | ||
Baş soğan | orta | 1kq | 0.63 | 0.66 | 5.47% |
yerli | 0.60 | 0.63 | 5.47% | ||
idxal | 0.68 | 0.71 | 4.65% | ||
Təzə göbələk | orta | 1kq | 5.51 | 5.54 | 0.59% |
yerli | 5.51 | 5.54 | 0.59% | ||
idxal | – | – | |||
Kartof | orta | 1kq | 0.98 | 1.02 | 4.50% |
yerli | 1.00 | 1.05 | 4.80% | ||
idxal | 0.96 | 0.98 | 2.99% |