2019-cu ilin ilk iki ayında Azərbaycandan ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin siyahısı açıqlanıb. FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin mart ayı üçün sayına istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ixracında ilk yeri pambıq emalı ilə məşğul olan MKT İstehalat Kommersiya şirkəti tutur. Ötən ilin il kiki ayında 8,4 milyon dollarlıq məhsul ixrac edən MKT, bu il ixracı iki dəfədən çox artıraraq 19,5 milyon dollara qaldırıb.
Yeni fəaliyyətə başlayan «SOCAR POLYMER» MMC isə il kiki ayda artıq 13,4 milyon dollarlıq kimya məhsulları ixrac edib.
İxracın həcminə görə üçüncü yeri Azərbaycanda qızıl hasilatı ilə məşğul olan «Azərbaycan İnterneşnl Mayninq Kompani» şirkətinin Azərbaycan nümayəndəliyi tutur. İlk iki ayda bu şirkət 11,7 milyon dollarlın qiymətli metal ixrac edib. Hərçənd, ötən illə müqayisədə şirkətin ixracı 36% azalıb.
İcracçı şirkətlərin ilk onluğunda yeni adlar var. Bunlar «TST ExPORT» MMC (7 milyon dollar), «P-AQRO» MMC (5,9 milyon dollar), «VORLD TRADE» MMC (5,5 milyon dollar) və «GARDEN STORE» MMC-dir (3,9 milyon dollar).
Ötən ilin eyni dövründə heç bir ixracları olmayan bu şirkətlər bu ilin birinci iki ayı ərzində 22,3 milyon dollarlıq məhsul ixrac ediblər.
«SUN FOOD» məhsul ixracını 40% artıraraq 4,2 milyon dollara, «AZHAZELNUT» isə 2,3 dəfə artıraraq 4,1 milyon dollara çatdırıb.