Azərbaycandan xaricə ən çox məhsul ixrac edən özəl və qeyri-neft şirkətləri məlum olub.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-cu il üzrə hazırladığı İxrac İcmalında məlumat verilib.
Eləcə də bax: Ötən il ixracı sıfırdan sıçrayan - 4 ŞİRKƏT BU İL GERİLƏYİB
İcmalda bildiriir ki, 2019-cu ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (109,9 milyon dollar), “Socar Polymer” MMC (78,5 milyon dollar), "MKT İstehsalat Kommersiya" MMC (70,9 milyon dollar), "Nine Climate" MMC (44,6 milyon dollar), "Global Export Fruits" MMC (35,2 milyon dollar), “Sun Food" MMC (32,3 milyon dollar), "Natural Fruit" MMC (30,4 milyon dollar), "Baku Steel Company" (28 milyon dollar), "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC (26,7 milyon dollar), "P-Aqro" MMC (25,7 milyon dollar) daxildir.
Maraqlıdır ki, bu il ixracın həcminə görə, ilk 10-luğa düşən 3 şirkət, əvvəlki ilə ümumiyyətlə məhsul ixrac etməmişdilər.